YAZILARIM

Y

Son yazılar

HƏYATDA ƏN VACİB ŞEY NƏDİR?

H

Bu sualın cavabı hər birimizin şəxsi dəyərlərindən, həyata baxışından və dünya görüşündən asılıdır. Bəziləri üçün uğur, bəziləri üçün azadlıq, bəziləri üçünsə ədalət əsas dəyərdir. Amma düşünürəm ki, bütün bu anlayışların kökündə duran ortaq bir ehtiyac var – doğru və sağlam sosial münasibətlər. İnsan yaradılış etibarilə sosial varlıqdır. Həmcinslərindən təcrid olunmaq, duyğularını...

TƏHSİLİ IQ-nün İNHİSARINA VERMƏK DOĞRU DEYİL

T

“Azərbaycan müəllimi” qəzeti “Çağdaş təhsildə təşkilatlanma” rubrikası çərçivəsində yazıçı və biznes kouç, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Elçin Əzimlinin məqaləsini təqdim edir: Məktəb uşağın kiçik və qapalı ailə mühitindən daha geniş bir sosial aləmə keçidini təmin edən etibarlı körpüdür. Uşağın şəxsiyyətinin və xarakterinin formalaşmasının əsas mərhələsi məktəb dövrünə...

HƏYAT GÖZUCU YAŞANMAZ

H

Ömür yolumuz qısa, bu yoldakı səyahətimiz sürətlidir. Dünəni xatırlayanda bu günə necə və nə zaman gəldiyinə heyrət edir insan. Sabah isə bu heyrətin yerini məyusluq alacaq. Ömür sonsuz olsaydı və sahib olduqlarımız əbədiyyən bizə qalsaydı, dünya malı, şan-şöhrət və vəzifə üçün xüsusi canfəşanlıq etməyin bəlkə də bir mənası olardı. Ancaq, ömür səyahətimizə təyin olunan vaxt məhduddur və son...

ZALIM PADŞAHLA DÜZDANIŞAN QOCANIN HEKAYƏTİ

Z

Qərbin düşüncə laboratoriyalarının məhsulu olan “Emosional zəka” yeni bir psixoloji termin olsa da, kökləri çox dərinə – Şərqin zəngin düşüncə dünyasına uzanır. Emosional zəka ilə yaxınlıq təşkil edən helm, mərifət, fəzilət və s. bənzər məhfumlara qədim dövrlərin filosof və şairlərinin əsərlərində tez-tez rast gəlmək mümkündür. Klassik Şərq ədəbiyyatının dahilərindən sayılan Nizami Gəncəvi yalnız...

İLK DAŞI KİM ATMALIDIR?

İ

“Bir gün bir qrup dindar yəhudi, zina edərkən ələ keçirilən bir qadını daşlayıb öldürmək tələbi ilə İsa peyğəmbərin yanına gətirir. Gələnlər hiyləgər məqsəd güdürdülər; əgər İsa bu qadını xilas etsə, deməli, ondan əvvəl Musanın qoyduğu qanunlara zidd hərəkət edəcəkdi. Beləliklə də, onlar İsanı daha əvvəl gəlmiş bir peyğəmbərin qanunlarına hörmətsizlikdə günahlandıra biləcəkdilər. Yox, əgər İsa...

HANSI DALĞAYA KÖKLƏNMİSİNİZ?

H

İnsan beyninin fasiləsiz şəkildə elektromaqnit dalğaları yaratdığı uzun illərdir elmdə mövcud olan faktlardan biridir. Psixofiziologiyada beynin ritmik aktivliyi adlandırılan bu proses, radionun tezliklərini dəyişdirməyə bənzər şəkildə, hər bir dalğa tipinin insanın psixoloji vəziyyətinə, emosional fonuna və kognitiv yüklənmə səviyyəsinə uyğun olaraq fərqli bir mental vəziyyət və sanki...

İNSANA NƏSİHƏT YOX, ÜNSİYYƏT LAZIMDIR

İ

Kimsə ürəyini bizə açanda çox vaxt cavab verməyə tələsirik. “Belə et”, “elə etmə”, “mən sənin yerinə olsam…” kimi nəsihətlər arxa-arxaya gəlir. Halbuki açılan ürək cavab yox, anlayış axtarır. İnsan sadəcə anlaşılmaq istəyir. Bir baxış, bir “səni başa düşürəm” – bəzən ən böyük kömək elə budur. Nəsihət, əlbəttə, pis deyil. Amma onun da öz yeri, öz vaxtı var. Yersiz deyilən öyüd qapını döymədən...

ANLADIM Kİ…

A

2015-ci ildən etibarən aktiv şəkildə “Emosional intellekt” mövzusu ilə məşğul oluram. Bu illər ərzində Peter Salovey, John Mayer, Daniel Goleman, Joshua Freedman kimi alimlərin Eİ sahəsindəki əsərlərinə müraciət etdim, xarici mənbələrdən çoxsaylı məqalələr oxudum. 2019-cu ildə Eİ sahəsində lider sayılan Six Seconds institunun “Professional EQ Assessor” proqramını bitirərək, emosional intellekti...

AĞAPPAQ BİR DÜNYADA YAŞAMAQ İSTƏYƏRDİNİZMİ?

A

Bir anlığa dünyadakı bütün rənglərin yox olduğunu və hər şeyin təktonlu ağ rəngə büründüyünü xəyal edin. Ətrafınızdakı hər şey ağdır – önünüzdəki ekran, əlinizdəki telefon, gözünüzün önündəki mənzərələr, pəncərə, pəncərənin çölündəki hər şey, hətta göydəki buludlar da. Bu yeni mənzərədə heç nəyi seçə bilmirsiniz, heç nəyi fərqləndirə bilmirsiniz. Belə olduqda, artıq nəyin necə və hansı...

RUHUMUZUN BARMAQ İZİ

R

Elvis Presley deyirdi ki, dəyərlərimiz barmaq izinə bənzəyir – gördüyümüz işlərdə bu izi qoyub gedirik. Dəyərlər həyatımızın ən böyük hərəkətverici qüvvəsidir. Çox vaxt onların fərqində olmasaq da, hər birimizi həyatda istiqamətləndirən dəyərləri mövcuddur. Dəyərləri hansısa siyahıdan seçib həyata tətbiq etmək olmaz. Onlar məhz bizə aid olmalıdır, bizim ruhumuzu, dünya görüşümüzü, həyat...