Başqasına kömək etmək gözəl davranışdır. Kiməsə əl uzatmaq insanın ruhunu parladır, könlünü açır. Amma köməyin də bir həddi var. O həddi keçəndə – çox vaxt fərqinə belə varmadan – kiminsə öz çiynində daşımalı olduğu yükü öz üstünə götürürsən. Başqasının həyatındakı nəticələri onun əvəzinə dəyişməyə çalışmaq, onun yaşamalı olduğu təcrübəyə müdaxilə etmək deməkdir. Şərq düşüncəsində buna karma...
BAĞLI QAPI YOXDUR, SƏHV AÇAR VAR
Bağlı bir qapı ilə üzləşəndə çoxumuz eyni şəkildə davranırıq: bir-iki dəfə cəhd edir, alınmayanda “olmadı” deyib geri dönürük. O qapı yaddaşımıza “bağlı” kimi həkk olunur və bir daha da o tərəfə baxmırıq. Amma bəzən problem qapıda olmur. Əlimizdəki açarda olur – yəni problemlərə yanaşma tərzimizdə, ona verdiyimiz tələsik qiymətdə. Bəlkə də qapı bağlı deyildi; biz sadəcə səhv açarı sınayırdıq...
ÖZÜMÜZƏ GECİKMƏYƏK
Vaxtı ilə rastlaşdığım bir ifadə məni dərindən düşünməyə sövq etmişdi: “Hər yerə, hər kəsə çatmağa çalışan özünə gecikir”. O an dayanıb bir çox şeyi sorğulamışdım – olduğum yeri, getdiyim istiqaməti, tələskənliyimi, gözləntilərimi, dağınıq düşüncələrimi. Kouçinq də məhz bu dayanma nöqtəsindən başlayır. Çünki bəzən insanın ən uzun yolu özünə qayıtmaq yolu olur. Hədəflər, məsuliyyətlər...
TALEYİNİ SEV
Xoşbəxtlik insanın özü ilə birgə yaşaya bilmə bacarığıdır. Bu, insanın zəif tərəflərini anlayışla qəbul etməsi, güclü tərəflərini dərindən tanıması və bu iki qütb arasında tarazlıq qurması mənasına gəlir. İnsanın içindəki sülh və ahəng məhz bu bacarıqla başlayır. Bu daxili müvazinət formalaşdıqda, insan həyatın gətirdiyi hadisələri dəyişmək acizliyindən xilas olur və əvəzində həmin...
SAVADLIYAM, YOXSA ZİYALI?
Bəzi biliklər insanın içində kök salır – davranışına, seçimlərinə, başqasına münasibətinə əks olunur. Bəziləri isə havada asılı qalır: yaddaşda var, dildə var, diplomda var, amma insanın içinə işləmir. Adam çox şey bilir, ancaq bildiyi onu daha yaxşı, daha ədalətli, daha insaflı etmir. Bu fərqi düşündükcə, yuxarıdakı sualı dönüb özümə verirəm: mən hansıyam? Savad – öyrənilən, toplanan, sənədlə...
BİRİ VARDI, BİRİ YOXDU…
Çox vaxt həyatın bizə təqdim etdiyi faktlarla, beynimizin həmin faktlar üzərində qurduğu hekayələri bir-birindən ayırmaqda çətinlik çəkirik. Həqiqətdə həyat – bir-birini izləyən rəngsiz hadisələr zənciridir. Lakin biz bu zənciri bəzən rəngli, bəzən ağ-qara, bəzən isə dramatik bir kino lenti kimi yaşayırıq. Həqiqətin zəkamızdan süzülüb keçdiyi o anlarda qəribə bir çevrilmə baş verir: faktlar ölür...
İSTƏK, YOXSA EHTİYAC?
Hansı işi görək, nəyi alaq, vaxtımızı kimə ayıraq? Hər gün bunun kimi fərqli seçimlər qarşında dayanırıq. İllərdir insanlarla işləyən bir mütəxəssis kimi deyə bilərəm ki, bizi tükənmə nöqtəsinə gətirən şey bu seçimlərin çoxluğu deyil; daxili ehtiyaclarımızla keçici istəklərimizi səhv salmağımızdır. Gəlin, bu iki məfhumun fərqinə dərindən baxaq və onların qərarlarımıza necə təsir etdiyini təhlil...
RƏQƏMSAL OBRAZ, YOXSA REAL KİMLİK?
Müasir insanın rəqəmsal obrazı ilə real kimliyi arasında yaşadığı ixtilaf dövrümüzün ən böyük psixoloji paradokslarından birini – “ideal mənlik” ilə “real mənlik” arasındakı uçurumu ifadə edir. Rəqəmsal obraz çox vaxt ekranın arxasında qurulan, cilalanan və diqqətlə seçilən bir təqdimat formasıdır. O, spontan deyil, planlıdır. Təsadüfi deyil, filtrdən keçmişdir. Bəyənilmək...
ƏVVƏLCƏ ÖZÜN
Təyyarə ilə səyahət edənlər təhlükəsizlik qaydalarındakı bu ifadəni yəqin ki, xatırlayırlar: “Əvvəlcə öz maskanı tax, sonra isə yanında ehtiyacı olanlara kömək et”. Sadə səslənir, elə deyilmi? Əslində bu təlimat bizə vacib bir həyat dərsi verir: başqasına dayaq olmaq istəyirsənsə, əvvəlcə öz müvazinətini qoru. Hər birimiz cəmiyyətin bir parçasıyıq – ailəmiz, dostlarımız, işimiz və sosial çevrəmiz...
HƏYATDA ƏN VACİB ŞEY NƏDİR?
Bu sualın cavabı hər birimizin şəxsi dəyərlərindən, həyata baxışından və dünya görüşündən asılıdır. Bəziləri üçün uğur, bəziləri üçün azadlıq, bəziləri üçünsə ədalət əsas dəyərdir. Amma düşünürəm ki, bütün bu anlayışların kökündə duran ortaq bir ehtiyac var – doğru və sağlam sosial münasibətlər. İnsan yaradılış etibarilə sosial varlıqdır. Həmcinslərindən təcrid olunmaq, duyğularını...
