Evdə hər gün yemək bişirilir, süfrə açılır, qablar yuyulur, səhər üçün də nəsə hazırlanır. Bunlar evin sakit axarı və vərdişi olduğu üçün heç biri barədə danışılmır. Ancaq bir gün xörəyin duzu bir az çox olanda süfrə başında deyilən ilk söz elə bu olur: “Nə yaman duzludur?” İllər boyu süfrəyə gələn yüzlərlə dadlı xörək bir cümləyə belə layiq görülmür, amma bir dəfə duzu qaçan yemək o dəqiqə...
ELM HELMLƏ TAMAMLANIR
Bir dərvişdən soruşurlar:– İnsan nə vaxt kamil sayılır?Dərviş cavab verir:– Qəzəblənməyə gücü olduğu halda qəzəbinə tabe olmayanda. Bu cavab ilk baxışda sadə görünür. Əslində isə qədim Şərqin kamillik anlayışını bir cümləyə sığdırır. Şərqdə kamillik insanın nə qədər bildiyi ilə deyil, bildiklərinin onu necə bir insana çevirdiyi ilə ölçülürdü. Bir insan haqqında deyilə biləcək ən böyük təriflərdən...
DUYĞULARI NECƏ TANIYAQ?
Çoxumuz emosional intellekti anlamağa çalışarkən ağlımızın rasional sərhədlərinə sığınırıq. Duyğuları məntiq prizmasından ələ alıb, onların şifrəsini zehnimizlə çözməyə cəhd edirik. Halbuki yalnız zehinlə duyğuların mahiyyətinə varmaq mümkün deyil; bu, bizi onların ruhuna yaxınlaşdırmaq əvəzinə, uzaqlaşdırır və nəticədə duyğuları dərk etmək əvəzinə, onları tərk edirik. Duyğuları anlamaq üçün...
SAKİT AĞIL YAXŞILIĞIN MƏNBƏYİDİR
Qədim fəlsəfələrin demək olar ki, hamısı eyni həqiqətə toxunur: yaxşılıq sakit ağılın bəhrəsidir. Seneka da, Budda da, hətta müasir psixoloqlar da eyni həqiqəti fərqli dillərdə tərənnüm ediblər. Stoiklər sakitliyi, yəni “equanimity”ni həyatın dəyişkən dalğalarına qarşı müdafiə zirehi kimi görürdülər. Epiktet və Seneka üçün ağlın sakitliyi yalnız daxili rahatlıq yox, həm də əsl azadlığın...
AÇILMAMIŞ MƏKTUBUN SİRRİ
Tez-tez qapımızı döyən duyğular bizi incitmək üçün deyil, oyatmaq üçün gəlirlər. “Neqativ” adlandırdığımız və qaçmağa çalışdığımız hər bir hiss əslində açılmamış məktub kimidir; onu yırtıb atmaq yox, verdiyi ismarışı anlamaq düşüncələrimizə aydınlıq gətirər. Bu baxımdan tanınmış avstralyalı psixoterapevt Alfred Adler həmkarı Freyddən fərqli olaraq, insan şəxsiyyətini yalnız keçmiş...
ZALIM PADŞAHLA DÜZDANIŞAN QOCANIN HEKAYƏTİ
Qərbin düşüncə laboratoriyalarının məhsulu olan “Emosional zəka” yeni bir psixoloji termin olsa da, kökləri çox dərinə – Şərqin zəngin düşüncə dünyasına uzanır. Emosional zəka ilə yaxınlıq təşkil edən helm, mərifət, fəzilət və s. bənzər məhfumlara qədim dövrlərin filosof və şairlərinin əsərlərində tez-tez rast gəlmək mümkündür. Klassik Şərq ədəbiyyatının dahilərindən sayılan Nizami Gəncəvi yalnız...
HANSI DALĞAYA KÖKLƏNMİSİNİZ?
İnsan beyninin fasiləsiz şəkildə elektromaqnit dalğaları yaratdığı uzun illərdir elmdə mövcud olan faktlardan biridir. Psixofiziologiyada beynin ritmik aktivliyi adlandırılan bu proses, radionun tezliklərini dəyişdirməyə bənzər şəkildə, hər bir dalğa tipinin insanın psixoloji vəziyyətinə, emosional fonuna və kognitiv yüklənmə səviyyəsinə uyğun olaraq fərqli bir mental vəziyyət və sanki...
ANLADIM Kİ…
2015-ci ildən etibarən aktiv şəkildə “Emosional intellekt” mövzusu ilə məşğul oluram. Bu illər ərzində Peter Salovey, John Mayer, Daniel Goleman, Joshua Freedman kimi alimlərin Eİ sahəsindəki əsərlərinə müraciət etdim, xarici mənbələrdən çoxsaylı məqalələr oxudum. 2019-cu ildə Eİ sahəsində lider sayılan Six Seconds institunun “Professional EQ Assessor” proqramını bitirərək, emosional intellekti...
AĞAPPAQ BİR DÜNYADA YAŞAMAQ İSTƏYƏRDİNİZMİ?
Bir anlığa dünyadakı bütün rənglərin yox olduğunu və hər şeyin təktonlu ağ rəngə büründüyünü xəyal edin. Ətrafınızdakı hər şey ağdır – önünüzdəki ekran, əlinizdəki telefon, gözünüzün önündəki mənzərələr, pəncərə, pəncərənin çölündəki hər şey, hətta göydəki buludlar da. Bu yeni mənzərədə heç nəyi seçə bilmirsiniz, heç nəyi fərqləndirə bilmirsiniz. Belə olduqda, artıq nəyin necə və hansı...
RUHUMUZUN BARMAQ İZİ
Elvis Presley deyirdi ki, dəyərlərimiz barmaq izinə bənzəyir – gördüyümüz işlərdə bu izi qoyub gedirik. Dəyərlər həyatımızın ən böyük hərəkətverici qüvvəsidir. Çox vaxt onların fərqində olmasaq da, hər birimizi həyatda istiqamətləndirən dəyərləri mövcuddur. Dəyərləri hansısa siyahıdan seçib həyata tətbiq etmək olmaz. Onlar məhz bizə aid olmalıdır, bizim ruhumuzu, dünya görüşümüzü, həyat...
