Yaxşı bir qələm, təmiz bir masa, sakit bir otaq… Yazmaq üçün bunların vacib olduğunu düşünürdüm. Ancaq yazdıqca öyrəndim ki, yazıçının əsl aləti gözləridir. Daha doğrusu, müşahidəsi. Yazıçı yazmadığı vaxt da işləyir. Baxaraq. Küçədə eşidilən yarımçıq bir cümlə. Avtobusda bir adamın narahat əlləri. Restoranda səssizcə oturan iki nəfər… Başqaları üçün bunlar adi anlardır. Yazıçı üçün...
OXUCUNUN YAZDIĞI
Yazdığım səhnələrin birində personajımın tərəddüdünü oxucuya çatdırmalıydım. Səhnə belə idi – qəhrəman qərarın astanasında dayanmışdı; içində iki səs çarpışırdı, biri onu irəliyə, digəri geriyə çəkirdi. Mənim işim bu daxili çəkişməni kağıza köçürmək idi. Əvvəlcə belə yazmışdım: “Tərəddüd etdi. Nə edəcəyini bilmədi…” Səhnənin bu şəkildə ifadəsi düzgün idi, hissi izah edirdi. Amma içimdə narahatlıq...
QƏHRƏMANIM MƏNİ DİNLƏMƏDİ
Son romanımın üzərində işləyərkən maraqlı bir təcrübə yaşadım. Növbəti səhnəni yazırdım və hər şeyi əvvəlcədən planlaşdırmışdım. O, otağa girəcək. Bu sözü deyəcək. Hekayə də mənim planladığım ssenari ilə davam edəcək. Amma o, birdən yazdığım cümləni rədd etdi. Ağzından gözləmədiyim bir söz çıxdı. Başqa qapıdan çıxıb getdi. Mən isə barmaqlarım klaviaturada donub qalmış halda ekrana baxırdım: bunu...
YAZIÇILIQ SADƏCƏ YAZMAQ DEYİL
Növbəti romanımın üzərində işləyirəm. Bu yaxınlarda onun 30 səhifəsini sildim. Bir anda yox – addım-addım, cümlə-cümlə. Hər səhər oturub bir gün əvvəl yazdıqlarımı oxuyurdum. Sonra “bu olmayıb” deyir və silirdim. Ən çox sevdiyim səhnələri də sildim. Çünki bir şeyi anladım: Yazıçılıq təkcə yazmaq deyil. O, həm də silməyi bacarmaqdır. Yazmaq asandır. Çətin olan öz əlinlə yazdığın, hər hərfinin...
