2015-ci ildən etibarən aktiv şəkildə “Emosional intellekt” mövzusu ilə məşğul oluram. Bu illər ərzində Peter Salovey, John Mayer, Daniel Goleman, Joshua Freedman kimi alimlərin Eİ sahəsindəki əsərlərinə müraciət etdim, xarici mənbələrdən çoxsaylı məqalələr oxudum. 2019-cu ildə Eİ sahəsində lider sayılan Six Seconds institunun “Professional EQ Assessor” proqramını bitirərək, emosional intellekti...
AĞAPPAQ BİR DÜNYADA YAŞAMAQ İSTƏYƏRDİNİZMİ?
Bir anlığa dünyadakı bütün rənglərin yox olduğunu və hər şeyin təktonlu ağ rəngə büründüyünü xəyal edin. Ətrafınızdakı hər şey ağdır – önünüzdəki ekran, əlinizdəki telefon, gözünüzün önündəki mənzərələr, pəncərə, pəncərənin çölündəki hər şey, hətta göydəki buludlar da. Bu yeni mənzərədə heç nəyi seçə bilmirsiniz, heç nəyi fərqləndirə bilmirsiniz. Belə olduqda, artıq nəyin necə və hansı...
RUHUMUZUN BARMAQ İZİ
Elvis Presley deyirdi ki, dəyərlərimiz barmaq izinə bənzəyir – gördüyümüz işlərdə bu izi qoyub gedirik. Dəyərlər həyatımızın ən böyük hərəkətverici qüvvəsidir. Çox vaxt onların fərqində olmasaq da, hər birimizi həyatda istiqamətləndirən dəyərləri mövcuddur. Dəyərləri hansısa siyahıdan seçib həyata tətbiq etmək olmaz. Onlar məhz bizə aid olmalıdır, bizim ruhumuzu, dünya görüşümüzü, həyat...
QOY ÖZÜ QALXSIN
Amerikalı müğənni və bəstəkar Rey Çarlzın həyatından bəhs edən “Rey” filmində (2014) təsirli bir səhnə var; görmə qabiliyyətini itirmiş kiçik Rey yıxılır və ağlayaraq anasından kömək istyəyir. Anası isə yerdə sürünən oğlunun köməyinə gəlmir və gözləyir ki, o, özü ayağa qalxıb hərəkət etsin. Ananın bu hərəkəti ilk baxışda bizə mərhəmətsiz gələ bilər. Ancaq, Reyin sonrakı həyatı bu...
ÖYRƏDƏN MÜƏLLİMDƏN İLHAM MÜƏLLİMƏ ÇEVRİLMƏK
Keçən ay Bakıda keçirilən I Beynəlxalq PR Yaradıcılığı Forumunun təhsil panelində “Öyrədən müəllimdən ilham verən müəllimə çevrilmək” mövzulu çıxışım baş tutdu. Salonu dolduran təcrübəli təhsil işçilərinin önündə təhsildən danışmaq mənim üçün heç də asan deyildi. Bir zamanlar şagirdi olduğum və qələm tutmağı öyrəndiyim qocaman müəllimlərə onların peşələri haqqında “ehkam kəsməyin”...
