YAZILARIM

Y

Son yazılar

YAZILAN, YOXSA YAŞANAN TARİX?

Y

“Çağrı”ya başlamadan əvvəl önümdə çətin bir tapşırıq vardı: yaşamadığım, tanımadığım bir dövrü canlandırmaq. Masamın üstündə çox sayda kitab və sənəd vardı, beynimdə isə bir-birinə qarışan saysız ad, tarix və hadisə dolaşırdı. Uzun müddət araşdırdım, oxudum, o dövrü anlamağa çalışdım. Sonda gəldiyim nəticə bu oldu: tarixi bilmək başqa şeydir, o tarixin içində yaşayan insanı yazmaq tamam başqa...

YAZIÇININ ƏN VACİB ALƏTİ

Y

Yaxşı bir qələm, təmiz bir masa, sakit bir otaq… Yazmaq üçün bunların vacib olduğunu düşünürdüm. Ancaq yazdıqca öyrəndim ki, yazıçının əsl aləti gözləridir. Daha doğrusu, müşahidəsi. Yazıçı yazmadığı vaxt da işləyir. Baxaraq. Küçədə eşidilən yarımçıq bir cümlə. Avtobusda bir adamın narahat əlləri. Restoranda səssizcə oturan iki nəfər… Başqaları üçün bunlar adi anlardır. Yazıçı üçün...

HƏRƏNİN ÖZ YOLU

H

Başqasına kömək etmək gözəl davranışdır. Kiməsə əl uzatmaq insanın ruhunu parladır, könlünü açır. Amma köməyin də bir həddi var. O həddi keçəndə – çox vaxt fərqinə belə varmadan – kiminsə öz çiynində daşımalı olduğu yükü öz üstünə götürürsən. Başqasının həyatındakı nəticələri onun əvəzinə dəyişməyə çalışmaq, onun yaşamalı olduğu təcrübəyə müdaxilə etmək deməkdir. Şərq düşüncəsində buna karma...

SƏNİ GÖRÜRƏM

S

Evdə hər gün yemək bişirilir, süfrə açılır, qablar yuyulur, səhər üçün də nəsə hazırlanır. Bunlar evin sakit axarı və vərdişi olduğu üçün heç biri barədə danışılmır. Ancaq bir gün xörəyin duzu bir az çox olanda süfrə başında deyilən ilk söz elə bu olur: “Nə yaman duzludur?” İllər boyu süfrəyə gələn yüzlərlə dadlı xörək bir cümləyə belə layiq görülmür, amma bir dəfə duzu qaçan yemək o dəqiqə...

BAĞLI QAPI YOXDUR, SƏHV AÇAR VAR

B

Bağlı bir qapı ilə üzləşəndə çoxumuz eyni şəkildə davranırıq: bir-iki dəfə cəhd edir, alınmayanda “olmadı” deyib geri dönürük. O qapı yaddaşımıza “bağlı” kimi həkk olunur və bir daha da o tərəfə baxmırıq. Amma bəzən problem qapıda olmur. Əlimizdəki açarda olur – yəni problemlərə yanaşma tərzimizdə, ona verdiyimiz tələsik qiymətdə. Bəlkə də qapı bağlı deyildi; biz sadəcə səhv açarı sınayırdıq...

ÖZÜMÜZƏ GECİKMƏYƏK

Ö

Vaxtı ilə rastlaşdığım bir ifadə məni dərindən düşünməyə sövq etmişdi: “Hər yerə, hər kəsə çatmağa çalışan özünə gecikir”. O an dayanıb bir çox şeyi sorğulamışdım – olduğum yeri, getdiyim istiqaməti, tələskənliyimi, gözləntilərimi, dağınıq düşüncələrimi. Kouçinq də məhz bu dayanma nöqtəsindən başlayır. Çünki bəzən insanın ən uzun yolu özünə qayıtmaq yolu olur. Hədəflər, məsuliyyətlər...

TALEYİNİ SEV

T

Xoşbəxtlik insanın özü ilə birgə yaşaya bilmə bacarığıdır.  Bu, insanın zəif tərəflərini anlayışla qəbul etməsi, güclü tərəflərini dərindən tanıması və bu iki qütb arasında tarazlıq qurması mənasına gəlir. İnsanın içindəki sülh və ahəng məhz bu bacarıqla başlayır. Bu daxili müvazinət formalaşdıqda, insan həyatın gətirdiyi hadisələri dəyişmək acizliyindən xilas olur və əvəzində həmin...

SAVADLIYAM, YOXSA ZİYALI?

S

Bəzi biliklər insanın içində kök salır – davranışına, seçimlərinə, başqasına münasibətinə əks olunur. Bəziləri isə havada asılı qalır: yaddaşda var, dildə var, diplomda var, amma insanın içinə işləmir. Adam çox şey bilir, ancaq bildiyi onu daha yaxşı, daha ədalətli, daha insaflı etmir. Bu fərqi düşündükcə, yuxarıdakı sualı dönüb özümə verirəm: mən hansıyam? Savad – öyrənilən, toplanan, sənədlə...

BİRİ VARDI, BİRİ YOXDU…

B

Çox vaxt həyatın bizə təqdim etdiyi faktlarla, beynimizin həmin faktlar üzərində qurduğu hekayələri bir-birindən ayırmaqda çətinlik çəkirik. Həqiqətdə həyat – bir-birini izləyən rəngsiz hadisələr zənciridir. Lakin biz bu zənciri bəzən rəngli, bəzən ağ-qara, bəzən isə dramatik bir kino lenti kimi yaşayırıq. Həqiqətin zəkamızdan süzülüb keçdiyi o anlarda qəribə bir çevrilmə baş verir: faktlar ölür...

ÖYRƏNMƏ SUALLA BAŞLAYIR

Ö

Mövcud təhsil paradiqması və ailədaxili tərbiyə modelləri əsasən sual mərkəzli deyil, cavab mərkəzli bir təmələ söykənir. Biz gənc zehinlərə “nəyi” düşünməli olduqlarını hazır qəliblər şəklində təqdim edirik, lakin bu düşüncənin fundamental “niyə”sini kəşf etmək üçün onlara lazımi boşluq buraxmırıq. Nəticədə, öyrənmə prosesi daxili intellektual ehtiyacdan qopub, sırf xarici konformizmə və...