Müəllifelchin.azimli

OXUCUNUN YAZDIĞI

O

Yazdığım səhnələrin birində personajımın tərəddüdünü oxucuya çatdırmalıydım. Səhnə belə idi – qəhrəman qərarın astanasında dayanmışdı; içində iki səs çarpışırdı, biri onu irəliyə, digəri geriyə çəkirdi. Mənim işim bu daxili çəkişməni kağıza köçürmək idi. Əvvəlcə belə yazmışdım: “Tərəddüd etdi. Nə edəcəyini bilmədi…” Səhnənin bu şəkildə ifadəsi düzgün idi, hissi izah edirdi. Amma içimdə narahatlıq...

QƏHRƏMANIM MƏNİ DİNLƏMƏDİ

Q

Son romanımın üzərində işləyərkən maraqlı bir təcrübə yaşadım. Növbəti səhnəni yazırdım və hər şeyi əvvəlcədən planlaşdırmışdım. O, otağa girəcək. Bu sözü deyəcək. Hekayə də mənim planladığım ssenari ilə davam edəcək. Amma o, birdən yazdığım cümləni rədd etdi. Ağzından gözləmədiyim bir söz çıxdı. Başqa qapıdan çıxıb getdi. Mən isə barmaqlarım klaviaturada donub qalmış halda ekrana baxırdım: bunu...

YAZIÇILIQ SADƏCƏ YAZMAQ DEYİL

Y

Növbəti romanımın üzərində işləyirəm. Bu yaxınlarda onun 30 səhifəsini sildim. Bir anda yox – addım-addım, cümlə-cümlə. Hər səhər oturub bir gün əvvəl yazdıqlarımı oxuyurdum. Sonra “bu olmayıb” deyir və silirdim. Ən çox sevdiyim səhnələri də sildim. Çünki bir şeyi anladım: Yazıçılıq təkcə yazmaq deyil. O, həm də silməyi bacarmaqdır. Yazmaq asandır. Çətin olan öz əlinlə yazdığın, hər hərfinin...

İSTƏK, YOXSA EHTİYAC?

İ

Hansı işi görək, nəyi alaq, vaxtımızı kimə ayıraq? Hər gün bunun kimi fərqli seçimlər qarşında dayanırıq. İllərdir insanlarla işləyən bir mütəxəssis kimi deyə bilərəm ki, bizi tükənmə nöqtəsinə gətirən şey bu seçimlərin çoxluğu deyil; daxili ehtiyaclarımızla keçici istəklərimizi səhv salmağımızdır. Gəlin, bu iki məfhumun fərqinə dərindən baxaq və onların qərarlarımıza necə təsir etdiyini təhlil...

DUYĞULARI NECƏ TANIYAQ?

D

Çoxumuz emosional intellekti anlamağa çalışarkən ağlımızın rasional sərhədlərinə sığınırıq. Duyğuları məntiq prizmasından ələ alıb, onların şifrəsini zehnimizlə çözməyə cəhd edirik. Halbuki yalnız zehinlə duyğuların mahiyyətinə varmaq mümkün deyil; bu, bizi onların ruhuna yaxınlaşdırmaq əvəzinə, uzaqlaşdırır və nəticədə duyğuları dərk etmək əvəzinə, onları tərk edirik. Duyğuları anlamaq üçün...

RƏQƏMSAL OBRAZ, YOXSA REAL KİMLİK?

R

Müasir insanın rəqəmsal obrazı ilə real kimliyi arasında yaşadığı ixtilaf dövrümüzün ən böyük psixoloji paradokslarından birini – “ideal mənlik” ilə “real mənlik” arasındakı uçurumu ifadə edir. Rəqəmsal obraz çox vaxt ekranın arxasında qurulan, cilalanan və diqqətlə seçilən bir təqdimat formasıdır. O, spontan deyil, planlıdır. Təsadüfi deyil, filtrdən keçmişdir. Bəyənilmək...

SAKİT AĞIL YAXŞILIĞIN MƏNBƏYİDİR

S

Qədim fəlsəfələrin demək olar ki, hamısı eyni həqiqətə toxunur: yaxşılıq sakit ağılın bəhrəsidir. Seneka da, Budda da, hətta müasir psixoloqlar da eyni həqiqəti fərqli dillərdə tərənnüm ediblər. Stoiklər sakitliyi, yəni “equanimity”ni həyatın dəyişkən dalğalarına qarşı müdafiə zirehi kimi görürdülər. Epiktet və Seneka üçün ağlın sakitliyi yalnız daxili rahatlıq yox, həm də əsl azadlığın...

TƏHSİLDƏ RİTORİKANIN ƏHƏMİYYƏTİ

T

“Azərbaycan müəllimi” qəzeti Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə birgə həyata keçirdiyi “Çağdaş təhsildə təşkilatlanma” layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvü, biznes kouç və təlimçi Elçin Əzimlinin məqaləsini təqdim edir: Dilimizə yunancadan keçən ritorika sözü “nitq sənəti” mənasına gəlir. Sözləri gözəl və inandırıcı şəkildə ifadə etmə...

AÇILMAMIŞ MƏKTUBUN SİRRİ

A

Tez-tez qapımızı döyən duyğular bizi incitmək üçün deyil, oyatmaq üçün gəlirlər. “Neqativ” adlandırdığımız və qaçmağa çalışdığımız hər bir hiss əslində açılmamış məktub kimidir; onu yırtıb atmaq yox, verdiyi ismarışı anlamaq düşüncələrimizə aydınlıq gətirər. Bu baxımdan tanınmış avstralyalı psixoterapevt Alfred Adler həmkarı Freyddən fərqli olaraq, insan şəxsiyyətini yalnız keçmiş...

ƏVVƏLCƏ ÖZÜN

Ə

Təyyarə ilə səyahət edənlər təhlükəsizlik qaydalarındakı bu ifadəni yəqin ki, xatırlayırlar: “Əvvəlcə öz maskanı tax, sonra isə yanında ehtiyacı olanlara kömək et”. Sadə səslənir, elə deyilmi? Əslində bu təlimat bizə vacib bir həyat dərsi verir: başqasına dayaq olmaq istəyirsənsə, əvvəlcə öz müvazinətini qoru. Hər birimiz cəmiyyətin bir parçasıyıq – ailəmiz, dostlarımız, işimiz və sosial çevrəmiz...