Çağrı (II nəşr)
XIII əsr… Tarixin ən qaranlıq çağlarından biri… Dünyanı tək bir dövlət altında birləşdirməyə can atan Çingiz xanın növbəti qurbanı qarluq elləri olur. Monqol istilası nəticəsində yurd-yuvasından didərgin düşən gənc qarluq bəyi Çağrı dünyadan əl-ətəyini çəkib dərviş həyatı yaşamağa başlayır. O, dünyanı qarış-qarış gəzdiyi günlərin birində ən gözəl səyahətin insanın öz daxili dünyasına olan səyahət olduğunu anlayır və ruhuna aparan yolların axtarışına çıxır…
Dan ulduzu (III nəşr)
Bir səhər dəniz sahilində gəzintiyə çıxan Orxan yaşlı bir “düşüncə sehrbazı” ilə tanış olur. Tanımadığı bu qocaya qarşı əvvəlcə inamsız davranan Orxan axırda səbrli olmağa və hadisələrin nə ilə bitəcəyini gözləməyə qərar verir…